Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın iştirakı olmadan Ukrayna münaqişəsinin həlli ilə bağlı konfransların mənası yoxdur.
Tezadlar.az xəbər verir ki, bunu Lüksemburqun xarici işlər naziri Xavyer Bettel deyib.
“Əgər sülh konfransı istəyirsənsə, bu, hamının danışıqlar masasına oturduğu Rusiya ilə olmalıdır”, – o deyib.
Bettel əlavə edib ki, Rusiya bir ölkə kimi mövcud olacaq və onunla dialoqu davam etdirmək lazımdır. Nazir hesab edir ki, Moskvanın iştirakı olmadan Ukrayna münaqişəsinin həlli ilə bağlı hər hansı konfrans keçirməyin mənası yoxdur.
Bundan əvvəl Qərb ukraynalılar arasında Rusiya Federasiyası ilə danışıqlar ideyasına dəstəyin artdığını bildirmişdi.
E.ŞİRİNOV