Əsas məzmuna keç

36 YAŞLI QADIN ATRAKSİONDAN YIXILIB – PROKURORLUQ ARAŞDIRIR

Xırdalanda parkda qadının atraksiondan yıxılaraq ölməsi ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən TEZADLAR.AZ-a bildirilib ki, iyunun 8-i Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…