Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq.
Tezadlar.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş bu gün saat 20:45-də olacaq. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi
II tur
3 oktyabr
20:45. “Qarabağ” – “Malmö” (İsveç)
Baş hakim: Anastasios Papapetru.
Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə uduzmuşdu. “Köhlən atlar” turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcək.
Komandamıza uğurlar arzulayırıq!
ELÇİN