14 Aprel 2026 / 18:10

Qaz xəttinin köçürülməsi 912 abonenti təsirləndirəcək

Qəbələ rayonunun Nohurqışlaq kəndində 17 aprel saat 10:00-dan etibarən 912 abonentin qazı kəsiləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının müvəqqəti dayandırılması kənd sakini Elgün Maqsud qızı Rzayevaya məxsus torpaq sahəsinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!