Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qazaxıstanda hər 30 yanğın hadisəsində bir nəfər həyatını itirir…
Bu ilin əvvəlindən bəri Qazaxıstanda 249 nəfərin öldüyü, 212 nəfərin yanıq xəsarəti və müxtəlif dərəcədə zəhərlənmənin baş verdiyi 9 647 yanğın hadisəsi qeydə alınıb.
Bu barədə Qazaxıstan Respublikasının fövqəladə halları naziri Yuri İlyin məlumat verib.
O, qeyd edib ki, ölənlərin 107 nəfəri və ya 43% sərxoş vəziyyətdə olub.
“Yanğın hadisələrinin 60% -ində isə işsizlər və pensiyaçılar ölüb.Yəni iş yerində yanğın təhlükəsizliyi tələblərinə öyrədilməyən şəxslərdir”, – deyə Yuri İlyin diqqətə çatdırıb.
Həmçinin o, əlavə edib ki, cari ildə istilik mövsümü 1 oktyabrda başlayıb və artıq o dövrdən bəri yaşayış sektorunda 835 yanğın hadisəsi qeydə alınıb.
Nazirin sözlərinə görə, yanğın hallarında ölüm hadisələrinin sayı ABŞ-dan 11 dəfə (360 yanğında bir nəfər ölü sayı), İngiltərədən 14 dəfə, Fransada 32 dəfə yüksəkdir.
Qazaxıstanda hər 30 yanğın hadisəsində bir nəfər həyatını itirir…
Qeyd edək ki, Azərbaycanda 2022-ci ilin yanvar-sentyabrında yanğınlar nəticəsində 42 nəfər həlak olub. Bu, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 18 nəfər çoxdur.
Ümumilikdə, 2022-ci ilin yanvar-sentyabrında Azərbaycanda 1,713 min yanğın hadisəsi (azalma 5,1%) qeydə alınıb.
Xatırladaq ki. Qazaxıstanda əhalinin sayı 19 milyona yaxındır. Azərbaycanda yaşayan əhalinin sayı isə 10 milyondan çoxdur.
JASMİN