9 Noyabr 2025 / 17:04

Qərb Rusiya ilə münaqişə barədə danışıb

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen bildirib ki, Avropa Rusiya aktivləri səbəbindən böyük itkilərin qarşısını almaq üçün qitənin təhlükəsizlik arxitekturasının konturlarını Rusiya ilə müzakirə etməlidir.

Tezadlar.az “RİA Novosti”-yə istinadən bu barədə məlumat verir.

Bir gün əvvəl “Financial Times” qəzeti xəbərdarlıq etmişdi ki, Ukrayna üçün dondurulmuş Rusiyanın suveren aktivləri ilə təmin edilmiş 140 milyard avroluq kredit paketi üzrə razılaşma əldə edilməzsə, Aİ ildə 5,6 milyard avroya qədər faiz ödənişləri ilə üzləşəcək.

Dizen qeyd edib ki, “Alternativ olaraq, siyasi liderlərimiz telefonu götürüb Moskvaya zəng edərək Avropanın Soyuq Müharibədən sonrakı təhlükəsizlik arxitekturası üzrə qarşılıqlı məqbul bir razılaşma əldə edə bilərlər, necə ki, 30 il əvvəl etməli idilər”.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Qərbin Rusiya aktivlərinə qarşı hər hansı “soyğunçuluğuna” adekvat cavab verəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!