Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı Oman və İran arasında razılaşma çox vacibdir. 2 martda Qətərdə vurulan İran təyyarələri ilə bağlı o, onların Qətərin suverenliyini pozduqları üçün vurulduğunu bildirib.
Tezadlar.az bildirir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari regiondakı hadisələrlə bağlı mühüm açıqlamalar verib. Əl-Ənsari vurğulayıb ki, Oman və İran arasında razılaşma İran və ABŞ arasında danışıqların bərpası üçün vacib addım olacaq.
Məcid Əl-Ənsari deyib: “Hörmüz boğazının açılması ilə bağlı razılaşma ABŞ və İran arasında danışıqları yenidən başlatmağımızı daha da asanlaşdıracaq. Səylər davam edir, lakin biz hələ də danışıqlara qayıda bilməyimiz üçün Oman və İran arasında Hörmüz boğazı ilə bağlı razılaşma gözləyirik.”
Sözçü həmçinin Qətər və İran arasında əsir götürülmüş pilotlarla bağlı böhrana da toxunub. Əl-Ənsari bildirib ki, İran döyüş təyyarələri Qətərin suverenliyini qorumaq üçün vurulub.
Qətər sözçüsü bildirib ki, “Mən əvvəldən mövqeyimizi aydınlaşdırmaq istəyirəm: bu təyyarələr Qətərə turizm məqsədləri üçün gəlməyib. Onlar suverenliyimizi hədəf almaq və Qətər dövlətinin xalqını və sakinlərini təhdid etmək üçün gəliblər. Onların Qətərin hava məkanını pozduğu və Dohanı hədəf aldığı təsdiqləndikdən sonra vəziyyət birbaşa həll edilib”.
ELBAR