16 Aprel 2025 / 10:40

Qızıl birjalarda at oynadır…

Dünəndən əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1.99% artaraq 3,304.90 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,52% artaraq 32.77 ABŞ dollarına bərabər olub.

Qızıl elə bir bahalı metaldır ki, tarix boyu dəbdə olub və bütün bazarlara diktə edib. Azərbaycanın qızıl alverçilərini isə toy-bayram içindədir. Baha sat, çox qazan. Amma o da var ki, qızıl yeganə dəyərli əşya-metaldır ki, heç kəsə qismət olmur, bir əldən başqa ələ keçir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!