Qızıl fyuçersinin qiyməti 1 troya unsiyası üçün 4 098 ABŞ dollarına qədər aşağı düşüb.
Tezadlar.az xəbər verir ki, bunu “Comex” birjasının məlumatları təsdiqləyir.
Belə ki, qızıl sonuncu dəfə bu səviyyədə avqustun 4-də ticarət olunub.
Qızıl ABŞ Federal Ehtiyat Sisteminin protokolunun gözləntiləri fonunda ucuzlaşıb.
Palladium 2,91 % ucuzlaşaraq 1 unsiya üçün 1,1 min ABŞ dolları, gümüşün qiyməti isə 2,55 % aşağı düşərək 1 unsiya üçün 60,11 ABŞ dolları olub.







