5 Avqust 2023 / 06:27

ƏRDOĞANIN FARS KÖRFƏZİ ÖLKƏLƏRİ VƏ ALMANİYAYA SƏFƏRİ AÇIQLANIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fars körfəzi ölkələrinə ikinci turunu və Almaniyaya mümkün səfəri planlaşdırır.

Bu barədə Tezadlar.az Türkiyənin CNN Türk telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, avqustda Türkiyə lideri Bəhreyn, Oman, Küveytə səfər etməyi, həmçinin İraqa səfər etməyi planlaşdırır. Bundan sonra Ərdoğan sentyabrın 9-10-da Hindistanda keçiriləcək G20 sammitində və sentyabrın 18-19-da ABŞ-da BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Sentyabrda o, Almaniyaya səfər edə bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!