Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi 4 noyabr saat 10:00-dan başlayacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Qeydiyyat prosesi 18 noyabr saat 12:00-dək davam edəcək.
Şagirdlər qeydiyyatdan keçdikdən sonra əvvəlcə noyabr ayında məktəb turunda iştirak edəcəklər. Məktəb turunun keçirilmə tarixini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənməlidirlər. Məktəb turunda uğurlu nəticə göstərən şagirdlər Regional Təhsil İdarələrinin nəzdində yaradılmış Təşkilat Komitəsinin qərarı ilə, 2026-cı ilin yanvar ayında keçiriləcək rayon (şəhər) mərhələsində iştirak hüququ qazanacaqlar.