23 İyun 2023 / 12:58

“RHEİNMETALL” KİYEVƏ ƏLAVƏ OLARAQ 20 “MARDER” PİYADA DÖYÜŞ MAŞINI VERƏCƏK

Almaniyanın “Rheinmetall” müdafiə konserni Almaniya hökuməti adından Kiyevə əlavə 20 ədəd “Marder” piyada döyüş maşını göndərəcək.

“”Marder”in 2023-cü ilin yayında təhvil veriləcəyi gözlənilir”, – şirkətin bəyanatında deyilir.

Müqavilənin “iki rəqəmli milyon avro” dəyərində olduğu bildirilir.

Ümumilikdə, Ukrayna Silahlı Qüvvələri Bundesverin ehtiyatlarından təxminən 60 piyada döyüş maşını alacaq – 1960-cı illərin sonlarında olan avtomobil Almaniyada və bir sıra digər ölkələrdə xidmətdə olsa da, artıq istehsal edilmir.

“Marder” 20 mm-lik top, bir və ya daha çox pulemyot və bəzi modifikasiyalarda Milan tank əleyhinə raket kompleksi ilə silahlanmışdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!