Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Biz Rusiya ilə bir yerdəyik” regional ictimai hərəkatının rəhbəri Vladimir Roqov şənbə günü gecə Zaporojye şəhərində sursat anbarının məhv edildiyini bildirib.
Tezadlar.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Dünən gecə ukraynalı yaraqlıların müvəqqəti işğal etdikləri Zaporojye şəhərindəki hərbi anbarına dəqiq zərbə endirilib”, – deyə o əlavə edib ki, sursatların partlaması eşidilib.
Roqovun sözlərinə görə, düşmən xəttinin arxasındakı anbarların dağıdılması ukraynalı yaraqlılardan azad edilmiş dinc şəhərlərin atəşə tutulmasını xeyli azaldır.
Bundan əvvəl bildirilmişdi ki, iyulun 15-nə keçən gecə ruslar Zaporojyedə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün işləyən obyektlərə irimiqyaslı dron hücumu həyata keçirib.
E.ŞİRİNOV