Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 13:02

Rus əsgərləri Ukrayna əsgərlərinin cəsədləri ilə dolu xəndəyi lentə alıblar

Rus əsgərləri Kursk vilayətinin Tetkino kəndi yaxınlığındakı sərhəd meşə zolağının ərazisində Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş əsgərlərinin cəsədləri ilə dolu olan xəndəyi göstəriblər.

Tezadıar.az xəbər verir ki, görüntüləri Rusiya Silahlı Qüvvələrinin “Şimal” qoşun qruplaşması ilə əlaqəli olan “Şimal küləyi” Telegram kanalı yayıb.

“Qorxmaz desantçılar sərhəd meşə zolağını təmizləyiblər: Tetkino yaxınlığındakı xəndək məhv edilmiş işğalçıların cəsədləri ilə doludur”, – nəşr yazır.

Rus əsgəri tərəfindən lentə alınan videoda ukraynalı əsgərlərin cəsədlərinin uzandığı xəndək görünür. Ümumilikdə videoda yeddi düşmən əsgərini məhv edilmiş hesab etmək olar.

“Şimal küləyi” Telegram kanalı qeyd edib ki, onların arasında Qərb istehsalı olan atıcı silahlarla silahlanmış “Aydar” millətçi batalyonunun yaraqlıları da var idi.

Bazar ertəsi “Şimal küləyi” xəbər verib ki, Ukrayna qoşunları Tetkino istiqamətində son dövrlərin ən kütləvi hücumlarından birini həyata keçirib. Rus qırıcıları hücum edən qrupun böyük hissəsini məhv ediblər və sərhəd pozulmayıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!