29 Avqust 2024 / 11:57

RUSİYA AVİASİYASİ SUMI VİLAYƏTİNİN 11 YAŞAYIŞ MƏNTƏQƏSİNDƏ USQ-NİN EHTİYATLARINA ZƏRBƏLƏR ENDİRİB

Son 24 saat ərzində Rusiya Federasiyasının operativ-taktiki aviasiyası Sumı vilayətinin 11 yaşayış məntəqəsində, o cümlədən Sumının özündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) ehtiyatlarına hücum edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində operativ-taktiki aviasiya Sumı vilayətində Ukrayna Silahlı Qüvvələrinin 22, 61, 41-ci mexanikləşdirilmiş və 82-ci hava hücumu briqadalarının ehtiyatında olan şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi ərazilərə, 1-ci Milli Qvardiya Briqadası, o cümlədən 101, 103 və 129-cu yerüstü müdafiə briqadaları Belopolye, Basovka, Vodolaqi, Qluxov, İskrikovşina, Mixaylovskoye, Pervomayskoye, Pustoqorod, Sumı, Şalıqino və Esman qəsəbələrində hərbi texnikanın olduğu ərazilərə zərbələr endirib”, – departamentin açıqlamasında deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!