Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son 24 saat ərzində Rusiya Federasiyası Silahlı Qüvvələrinin operativ-taktiki aviasiyası Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə iki emalatxanaya zərbə endirib. 143 rayonda Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası sıxışdırılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının operativ-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qoşunları və artilleriyası Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının istehsalı üzrə iki sexini vurub, eləcə də düşmənin canlı qüvvəsini və 143 rayonda hərbi texnikasını sıxışdırılıb”, – idarədən bildirilib.
E.ŞİRİNOV