6 Sentyabr 2024 / 08:33

RUSİYA SİLAHLI QÜVVƏLƏRİ KURSK İSTİQAMƏTİNDƏ İRƏLİLƏYİB?

Kursk istiqamətində Rusiya hərbçiləri bəzi bölgələrdə irəliləyib.

Tezadlar.az xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinov deyib.

“Bəzi sahələrdə bölmələrimizin irəliləməsi istisna olmaqla, heç bir ciddi dəyişiklik yoxdur”, – o deyib.

O qeyd edib ki, “bu səhərdən ağır döyüşlər gedir”, lakin rus bölmələri “yavaş-yavaş məhv edir, düşməni darmadağın edir və irəliləyir”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!