Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son bir neçə gündə Rusiya hərbçiləri Donetsk Xalq Respublikasının Seversk şəhəri yaxınlığında irəliləyiblər ki, bu da onlara istifadə etdikləri silahların çeşidini artırmağa imkan verəcək.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.
“Qoşunlarımız Seversk yaşayış məntəqəsi istiqamətində neçə gün ərzində irəlilədilər. Bununla da düşmənlə irəli mövqelərimiz arasında mövqelərarası məsafə azaldı”, – o deyib.
Maroçkonun sözlərinə görə, bu yolla Rusiya hərbçiləri düşmənə “təzyiqini artıra” və “istifadə edilən silahların çeşidini artıra” biləcəklər.
E.ŞİRİNOV