Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya tərəfinin Qara dəniz “Taxıl Sazişi”nin icrasına qayıtması şərtini açıqlayıb.
Zaxarova vurğulayıb ki, BMT qüvvələrinin Rusiya taxılını və gübrələrini çıxarmaq üçün daha üç ay vaxtı var.
“BMT-nin (RF ilə Rusiya taxılının və gübrələrinin ixracına dair memorandum nəzərdə tutulur) həyata keçirə bilməsi, konkret nəticələrə nail olması üçün daha 3 ay vaxtı var”, – Mariya Zaxarova deyib.
O, açıq şəkildə qeyd edib ki, rəsmi Moskva yalnız Rusiya tərəfinin tələbləri yerinə yetirildiyi təqdirdə Qara dəniz təşəbbüsündə iştirakını bərpa edəcək.
Daha əvvəl də bildirilmişdi ki, iyulun 18-də Moskva Ukraynadan taxıl idxalını nəzərdə tutan Qara Dəniz təşəbbüsündən iştirakçı ölkələr tərəfindən sazişin Rusiya hissəsinə əməl etmədiyi üçün geri çəkilib.
Qeyd edək ki, ötən ay isə Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı Afrika ölkələrinin Ukrayna taxılını praktiki olaraq ala bilmədiyini, taxılın böyük hissəsinin razılaşmalara zidd olaraq Avropa İttifaqının firavan həyat sürən ölkələrinə getdiyini bildirmişdi və buna görə sazişdən geri çəkiləcəklərini vurğulamışdı.
JASMİN