9 Aprel 2025 / 09:23

Rusiya artilleriyası Ukraynanın Beloqorovka yaxınlığındakı komanda məntəqəsini vurub

Rusiya hərbçiləri artilleriya zərbəsi ilə Luqansk Xalq Respublikasının Beloqorovka yaxınlığındakı meşələrdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) kamuflyajlı komanda məntəqəsini və bir sıra istehkamları məhv ediblər.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.

“Beloqorovkanın şimal-qərbindəki Kremenski meşələrində Rusiya Silahlı Qüvvələrinin artilleriya heyəti Ukrayna silahlı birləşmələrinin qalasının müdafiə istehkam sisteminin bir hissəsi olan kamuflyajlı komanda məntəqəsini və bir sıra istehkamları məhv edib”, – o deyib.

Agentliyin mənbəsi qeyd edib ki, artilleriya zərbəsindən sonra Rusiyanın obyektiv nəzarət vasitələri də iki minaatan heyətinin və Ukraynanın 8 piyada əsgərinin məhv edilməsini qeydə alıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!