Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalyk avtomobilin partlaması nəticəsində həlak olub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, hadisə Moskva vilayətinin Balaşixa şəhərində baş verib. BBC rus mənbələrinə istinadən xəbər verir ki, partlayış bomba yüklü avtomobildə baş verib və bu zaman general həyatını itirib. Məlumata görə, partlayış generalın yaşadığı evin yaxınlığında qeydə alınıb. Rusiya Teleqram kanallarında yayılan xəbərlər də bu versiyanı təsdiqləyir. Rusiya İstintaq Komitəsi general Yaroslav Moskalykin bomba partlayışı nəticəsində ölməsi faktını rəsmi olaraq təsdiqləyib.
Rusiyanın bəzi saytları bu işdə Ukraynanın xüsusi xidmət orqanlarının əlinin olduğunu yazır. Lakin Ukrayna rəsmiləri hələki bu ittihamı nə təkzib edir, nə də təsdiqləyir.
A.Məmmədli