Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Avqust 2026 / 07:27

Rusiya Kiyevə PUA-larla hücum edib: 3 nəfər ölüb, dağıntılar var

Ötən gecə saatlarında Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinə PUA-larla hücumu nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə “RBK-Ukrayna” Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.

Məlumata görə, Brovarı rayonunda üç ərazidə PUA qalıqlarının düşməsi nəticəsində fərdi yaşayış evi, yardımçı tikililər və avtomobillər zədələnib. Qeyri-yaşayış binasının ərazisində isə yanğın baş verib. Hücum nəticəsində 3 nəfər ölüb. Ölənlər arasında uşaq da var. Daha 3 nəfər yaralanıb, onların arasında da uşaq olduğu bildirilir.

Hazırda ərazidə xilasedicilər və aidiyyəti xidmətlərin əməkdaşları işləyir. Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!