Rusiya Federasiyası MDB və Aİİ-nin inkişafında mərkəzi rol oynamalıdır.
Tezadlar.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko MDB Hökumət Başçıları Şurasının və Avrasiya Hökumətlərarası Şurasının iclaslarında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə deyib.
“Dövlət başçılarının və keçmiş prezidentlərin görüşlərində həmişə dediyimiz kimi – təbii ki, keçmişlər yoxdur – Nursultan Nazarbayev tez-tez vurğulayır ki, hər şeyin mərkəzində Rusiya dayanır. Onun yapışdırmaq, birləşmək, bizim birliklərimizi və əsas birliyimizi indiki zamanda parçalanmasının qarşısını almaq üçün baş planı olmalıdır”, – respublika rəhbəri bildirib.
E.ŞİRİNOV

