5 Noyabr 2025 / 09:10

Rusiya ordusu getdikcə nə qədər zəif olduğunu sübut edir…

Putinin əmri ilə ordu uzun zamandır ki, Pakrovskiyə hücum edir, amma şəhəri ələ keçirə bilmir. Bu səbəbdən kənardan raket və top atəşi ilə o boyda şəhər darmadağın edilib. BBC tarixə ekskursiya edib. Diqqət edin: “…1942-ci ilin oktyabrına olan məlumat:
Polşa 28 günə tutuldu, Stalinqradda isə almanlar 29 günə bir neçə evi ələ keçirdilər. Fransa 38 günə tutuldu, Stalinqradda isə eyni vaxtda alman ordusu küçənin bir tərəfindən digər tərəfinə irəlilədi”.
Böyük Britaniya Müdafiə Qərargahının keçmiş rəisi Entoni Radakin. 7 sentyabr 2025-ci il: “Əgər ilbiz 24 fevral 2022-ci ildə Rostovdan qərbə doğru hərəkət etsəydi, indiyə qədər bütün Ukraynanı və Polşanın yarısını sürünərək keçərdi”.
Rusiya 2024-cü ilin avqustun 1-dən Pokrovska aktiv hücum əməliyyatlarına başlayıb. 15 aydır ruslar təxminən 30 kv.km-lik bir şəhəri hələ də tuta bilməyiblər.
Tezadlar.az xatırladır ki, nüvə raketlərinə bel bağlayan Rusiyanın hərbi- siyasi rəhbərliyi anlamır ki, bu yolla özünün hərbi gücünün nəyə qadir olduğunu, ordudakı zəif nöqtələri dünyaya- düşmənlərinə göstərir. Bu doğrudanmı Putinə və komandasına lazımdır, bilmək olmur. Amma nəticə çıxarmağa bəs edir: Rusiya ordusu getdikcə daha zəif olduğunu sübut etməkdədir!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!