Əsas məzmuna keç

Rusiya ordusunun Zaporojyeyə raket hücumu: 6 nəfər ölüb, yaralılar var!

Ötən gecı Rusiya ordusunun Zaporojyeyə endirdiyi zərbə nəticəsində 6 nəfər həlak olub, 20 nəfər xəsarət alıb. Tezadlar.az “Ukrainskaya pravda” ya istinadla xəbər verir ki, müvafiq məlumatı Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz “Telegram” kanalında yayıb. Onun məlumatına əsasən, Rusiya ordusu şəhərin sənaye obyektlərinə və infrastruktur qurğularına zərbələr endirib.

Bildirilib ki, hücum nəticəsində bir sıra tikililər zədələnib.

Tibb işçiləri bütün zərərçəkənləri tam həcmdə zəruri yardımla təmin edirlər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…