Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Novosibirsk hava limanı avadanlığın nasazlığı səbəbindən uçuşların qəbulunu və göndərilməsini müvəqqəti dayandırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı yazır.
Mənbənin sözlərinə görə, hazırda altı təyyarə alternativ aerodromlara göndərilir. Təxminən bir saat əvvəl Tolmaçevoda meteostansiya və külək sensoru sıradan çıxıb, bu səbəbdən hər iki uçuş-enmə zolağı təyyarələri qəbul edə bilmir.
“Nəticədə, Soçi, Moskva, Krasnoyarsk, Sankt-Peterburq, Perm və Mineralnıye Vodıdan reyslər alternativ aerodromlara – əksəriyyəti Barnaula uçdu”, – məlumatda deyilir.
ELBAR