Ötən gecə Rusiyanın Krasnodar diyarında Afipski Neft Emalı Zavoduna dron hücumu olub və yanğın baş verib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, yanğınla bağlı regional fövqəladə hallara qarşı mübarizə qərargahı məlumat yayıb. Qeyd olunub ki, alov yerə düşən pilotsuz uçuş aparatının dağıntıları nəticəsində başlayıb. “Pilotsuz uçuş aparatının qalıqları qurğulardan birinin üzərinə düşüb. Yanğın 30 kv.m ərazini əhatə edib. Yanğın artıq söndürülüb, hadisə yerində fövqəladə hallar və xüsusi xidmət orqanları işləyir”.
Trampın məlum çıxışından sonra Rusiya ordusunda narahatlıqlar başlayıb və Ukrayna dronları artıq Moskvanı hədəfə alıb. Rəsmi Moskva isə belə olarsa, Kiyevdə Zelenskinin mənzil qərərgahını hədəf seçəcəyini bəyan edib.
A.Məmmədli

