Əsas məzmuna keç

Rusiyaya məxsus dizel yanacağı aparan tanker ABŞ-da alıcı tapa bilməyib geri qayıtdı

Rusiyaya məxsus dizel yanacağı daşıyan tanker ABŞ-da alıcı tapa bilmədiyi üçün istiqamətini dəyişərək geri dönüb. Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ-a Rusiya dizel yanacağının ilk partiyasını daşıyan tanker Nyu-Yorkdan təxminən 400 mil məsafədə olarkən geri dönüb. Bildirilib ki, təxminən 300 min ton Rusiya dizel yanacağı ilə yüklənmiş “Agioi Fanendes” tankeri ABŞ-ın şərq sahillərindən uzaqlaşmağa başlayıb. Gəmi noyabrın 9-dan etibarən ziqzaqvari marşrutla hərəkət edir. Bu barədə liman hesabatları və gəmilərin izlənməsi məlumatları xəbər verir. Qeyd olunur ki, treyderlər ötən ay Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü ilə bağlı əldə olunduğu bildirilən razılaşmadan sonra bu daşımaları diqqətlə izləyirlər. Həmin razılaşma ABŞ-da Demokratlar Partiyasının nümayəndələri tərəfindən tənqid olunub. Onlar bunun Kremlə Ukraynada müharibəni maliyyələşdirməkdə kömək edəcəyini bildiriblər. Gəmi izləmə məlumatlarına əsasən, indiyədək Rusiyadan dizel yanacağının heç bir partiyası ABŞ-a çatmayıb.

Məlumata görə, “Agioi Fanendes” tankeri oktyabrın sonunda Rusiyanın Primorsk limanından yola düşərkən təyinat məntəqəsi kimi Nyu-Yorku göstərib. Lakin sonradan gəminin təyinat yeri “sifariş üzrə” olaraq dəyişdirilib. Rusiya rəsmiləri bunu təxribat adlandırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…