Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dağıstanda qar uçqunları ilə bağlı fövqəladə xəbərdarlıq edilib.
Tezadlar.az bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi turizm bölgəsində gözlənilən təhlükə barədə məlumat verib.
Xilasedicilər xəbərdarlıq edib ki, aprelin 23-ü saat 18:00-dan 24-ü saat 18:00-dək respublikanın dağlıq ərazilərində 2 min metr hündürlükdə havanın təhlükəli olacağı gözlənilir.
Bununla əlaqədar olaraq binaların və elektrik xətlərinin zədələnməsi, nəqliyyatın hərəkətinin pozulması, yol, körpü və tunellərin bağlanması mümkündür. Dağıstan sakinləri və qonaqları pis hava şəraitində dağlarda gəzintidən çəkinməyə və qar uçqunlarının baş verə biləcəyi ərazilərdən qaçmağa çağırılır.
Bundan əvvəl Şimali Osetiyada uçqun təhlükəsi ilə əlaqədar tufan xəbərdarlığı elan edilmişdi. Alagir rayonunda fövqəladə vəziyyət təhlükəsi yaranıb.
E.ŞİRİNOV