Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, sabahdan Azərbaycanda havanın temperaturu yüksələcək. Bu barədə “Təzadlar”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.