30 Mart 2026 / 17:25

Şəmkirdə anasını öldürəndən sonra özünü də yandırdı…

Şəmkirdə inanılmaz qətl hadisəsi baş verib. Tezadlar.az DİN- ə istinadla bildirir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb. Kənd sakini sakini 33 yaşlı Anar Allahverdiyev küt alətlə 66 yaşlı anası Çiçək Sərdarovanı qətlə yetirib. O, daha sonra üzərinə sürtkü yağı tökərək özünü yandırıb. Onun öldüyü bildirilir. İlkin məlumata görə, A.Allahverdiyev ruhi xəstəlikdən əziyyət çəkirmiş. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib. Qətlə yetirilən Çiçək Sərdarova təqaüddə olan müəllim olub. Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!