Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fəxrəddin Səfərov: “İstintaq materiallarında var ki, Şuşanın işğalında Sovet ordusunun 62 keçmiş polkovniki və polkovnik-leytenantı iştirakedib”
Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərovun “Təzadlar”a müsahibəsi:
– Fəxrəddin bəy, keçmiş hərbçi olaraq Şuşanın işğalının əsas səbəblərini nədə görürsünüz?
– Əvvəllər bizə belə suallar ünvanlananda cavablandırmağa çətinlik çəkirdik. Zaman keçdikcə və hadisələri sonradan təhlil edərkən çox şey aydın olur. İndi faktlar ortaya çıxır ki, 366-cı motoatacı alay və xaricdən gətirilən muzdlu əsgərlər Şuşanın işğalında rol oynayıblar. Amma o zaman əmr vardı ki, 366-cı alay Qarabağı tərk etməli idi. Bu alay Qarabağı tərk etmədi və erməni birləşmələrinə torpaqlarımızın işğalında dəstək verdi. İstintaq məlumatlarına görə və hətta dəqiq rəsmi qeydiyyatda var ki, işğalda 62 keçmiş sovet ordusunun polkovniki və polkovnik-leytenantı iştirak edib.

Moskvadan bir dəyərli soydaşımızın bizə gətirdiyi məxfi məlumata görə, təkcə Şuşa və Laçının işğalında 14 min keçmiş sovet ordusunun zabiti və əsgəri iştirak edib. Ermənilər o vaxt bir çox xarici ölkələrdə ofis tutmuşdular və pulla muzdlu döyüşçü toplayıb, onları Qarabağa göndərirdilər. Həmin döyüşçülərin hər birinə 5 min dollar verirdilər. Hətta PKK üzvləri də bizə qarşı döyüşürdülər. Sonradan onların meyitlərini Kərkiçahanda, Ağdərədə gördük.
Bakıda isə siyasi hakimiyyət uğrunda çəkişmələr gedirdi. Laçın işğal olunurdu, amma bizim əsgərlər güllə tapmırdılar ki, düşmənə atsınlar. Bununəvəzində Bakıda ali sovetin binasını güllələyirdilər. Hakimiyyət uğrunda gedən siyasi-hərbi çəkişmələr Şuşanın işğalına təsir etdi.
– Belə çıxır ki, Şuşa təxribatın qurbanı oldu? Şuşanın özündə vəziyyət necə idi?
– Bəli, təxribat vardı. Nə qədər əsgər və polis ezamiyyətə buraxılmışdı. Döyüşən qüvvələr arasında rabitə yox idi. Şuşada olan digər batalyonkomandiri rəhmətlik Tofiq Oğuz mənə bildirdi ki, ermənilər hansı istiqamətlərdə hücum edəcəkləri ilə bağlı onda xəbər var. Briqada komandiri bizə məlumat vermirdi. Və o zaman belə təsəvvür yarandı ki, briqada komandiri şəhəri tərk edib və bu da ruh düşkünlüyünə səbəb oldu. Halbuki heç kimin xəbəri olmadanbriqada Kosalar kəndinə getmişdi.
Şuşa 22-24 istiqamətdən artileriya atəşinə tutulurdu. Ən çox qradı Xocalıdan atırdılar. Biz isə qrad qurğularımızı tapa bilmirdik. İki qrad qurğusu varidi. Biri Şuşa işğal olunanda ermənilərin əlinə keçməsin deyə dağdan atmışdılar, birini isə gizlətmişdilər. İş peşəkarlara tapşırılmamışdı. Şuşada Şamil adında yaxşı qrad atan var idi. SSRİ miqyasında güclü qrad atan sayılırdı. Ona qradı vermirdilər ki, düşmən mövqelərini vursun. Həmin vaxt qrad qurğusu Adiladında oğlanda idi. Deyəndə ki, onu Şamilə ver, deyirdi ki, bunu mənə bəy verib, daha hansı bəy, onu bilmirəm. Yəni belə hallar vəziyyəti çətinləşdirirdi. Buda mövqelərimizin zəifləməsinə səbəb olurdu.
Hər gün 20 saatdan çox döyüşlər gedirdi. Mən belə döyüşləri sonradan Kəlbəcər və Ağdərədə gördüm. Hər yer şəhid cənazələri ilə dolu idi. Heçmeyitləri yerdən götürə bilmirdik. Düşmən şahmatvarı silahlarla bizi vururdu. Rəhmətlik Albert Aqarnov erməni tankını Şuşanın girəcəyində vurdu. O, özheyəti ilə geri dönərkən yolda meyitləri götürmək istəyəndə ermənilər onları vurdular.
– Bu gün cəmiyyətdə belə fikir hakimdir ki, Şuşa döyüşsüz təslim olub. Amma fikirlərinizdən aydın olur ki, Şuşada əsl döyüşlər gedib…
– Bu gün deyirlər ki, Şuşa döyüşsüz təslim olub. Mən bu fikri qəbul etmirəm. Əsgərlərimiz 23 saat köməksiz döyüşüblər. Şuşanın işğalı günü 196 əsgərimiz şəhid oldu və 400-ə yaxını isə yaralanmışdı. 1992-ci il mayın 8-də, səhər saat altıya iyirmi dəqiqə işləmişdən, saat on birin yarısına qədər mənimbatalyonum Xankəndinin giriş hissəsində demək olar ki, 3-4 saat fasiləsiz olaraq döyüşürdü.
Həmin dövrdə Azərbaycanın qəhrəman oğullarının mərd, cəsur simalarını gördüm. Sizə bir faktı deyim: elə əsgərim olub ki, döyüşə silahsız atılırdı.Mən ona deyəndə ki, niyə silahsızsan, deyirdi ki, komandir, Allah eləməmiş birdən bir əsgərimiz yaralansa və ya şəhid olarsa, onun silahını götürübdüşmənə qarşı döyüşəcəm. Əsgərlərimiz Məcnun məhəbbəti ilə döyüşürdürlər. çox təəssüf ki, əsgərlərimiz arasında döyüş ruhunu inamsızlıq qırdı.
– Ümumiyyətlə, Şuşanı müdafiə etmək mümkün idimi?
– Əgər mümkün idisə, onda soruşa bilərsiniz ki, niyə buradayıq? Amma müdafiə etmək olardı. Həmin zaman orada olan qüvvə ilə Şuşanı ancaq bir günsaxlamaq mümkün idi. Döyüşlərin qızğın cağında belə bir əmr gəldi ki, canlı qüvvə və texnika Şuşanı tərk etməlidir. Əmrdə yazılırdı ki, Azərbaycanqaranquşları (qırıcılarımız) Şuşanı yandırıcı bombalarla vuracaqlar. Sizə onu da deyim ki, bu xəbər ildırım sürətilə bütün şəhərə yayıldı. Maraqlıdır ki, məxfiəmr necə sürətlə şəhərə yayıla bilərdi. Hansı qüvvələr tərəfindən yayılırdı və əhali arasında mənəvi-psixoloji ruh düşkünküyü yaratmaq istəyirdilər. Bu təxribatın yayılması yerli əhali içərisində xof yaratdı və bu da şəhərin tərk edilməsi ilə nəticələndi.
Ermənilər Qayalıda yolu bağlayıb əhalini Xocalı kimi qırmaq istəyirdilər. Həmin axşam əsgərlərimizi götürmək üçün yenidən Şuşanın mərkəzinəqayıtdım, onda gördüm ki, ermənilər üzeyir Hacıbəyovun, Bülbün büstünü vurub yerə salmışdılar. Ermənilər Şuşaya xüsusi diqqət ayırırdılar və onlarınindiki prezidenti mətbuta verdiyi açıqlamasında bildirib ki, Şuşanı ələ keçirməsəydik, Qarabağı tutmaq mümkünsüz olardı. Ermənilər Şuşanı almaqlaQarabağa gedən işğalçılıq planlarını sürətləndirdilər.
– Bu gün Qarabağı azad etməyin yolunu necə görürsünüz?
– İndi Azərbaycan ordusu çox güclüdür və Qarabağı azad etməyə qadirdir. Beynəlxalq güclər Qarabağın azad olunmasına imkan vermirlər. Onlar biziləngidirlər. Ermənistandan fərqli olaraq bizim insan potensialımız çoxdur. Azərbaycanda on minlərlə Mübariz İbrahimov kimi vətənpərvər insanlarımız var. Keçmiş Qarabağ döyüşçüləri indi də müharibəyə hazırdırlar. 60 yaşımın olmasına baxmayaraq, özümü tam hazir hesab edirəm ki, əlimə silah alıb düşmənəqarşı savaşım. Bu gün Qarabağı azad edib tariximizə şərəfli gün kimi yazmalıyıq. Həmin gün kişilər bayramı kimi tariximizə düşməlidir.
Elnur Eltürk
Təzadlar.- 2012.- 9 may.- S.11.
(Azərbaycan Milli Kitabxanasının arxivi)