Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Ordusunun Su-24M bombardmançı təyyarəsi Xmelnitski bölgəsində tapşırıq yerinə yetirərkən qəzaya uğrayıb və hər iki pilot həlak olub.
Tezadlar.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sosial media hesabından verilən açıqlamada qəza təsdiqlənib və təyyarənin yerli vaxtla saat 19:00-da Xmelnitski bölgəsində qəzaya uğradığı bildirilib.
Açıqlamada əlavə edilib: “Axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanları qəza yerində işlərini davam etdirir. İlkin məlumatlara görə, mülki şəxslər arasında itki yoxdur. Qəzanın səbəbləri və şəraiti araşdırılır.”
Açıqlamada hər iki pilotun ölümü təsdiqlənib.
E.ŞİRİNOV