Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyun 2026 / 12:10

Evi başına uçurulanlar və uçuranlar- FOTO İTTİHAM

…Bu fotonu Bakının Bayırşəhər sakinləri tezadlar.az-a göndəriblər… Elektron məktubda yazırlar: “…Bizim anlayışımızda qeyrətli kişi tək öz ailəsinə, öz ailə qadınlarına, uşaqlarına qeyrətlə yanaşan deyildir. Qeyrətli kişi hamıya qarşı qeyrətli olar… Niyə məhz kişi deyirik? Çünki evləri dağıdanlar kişilərdir. Şəkildə gördüyünüz Murtuza Muxtarov-109 ünvanında olan həyətin görüntüsüdür. Həyət tam boşaldılmayıb. Qonşuların yarısı hələ də orada yaşamaqdadırlar. Amma evlər göz önündə qalıb, başlarına uçurulub… Çünki qapı bağlansa da divarları uçurdulub.
Bir digər qonşu söküntü aparan fəhlələrə yaxınlaşaraq: “Axı həyətdə yaşayış, qadın-uşaq var. Etməyin” -desə də, dağıdan adamlar: “Dağıtmasaq, evdən çıxan deyilsiz”- deyiblər. İndi özünüz nəticə çıxarın…”.

Biz nəticə çıxardıq, qalır belə eybəcər tikinti-dağıntı siyasəti aparan bəzi məmurların nəticə çıxarması…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!