Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın tanınmış QHT rəhbəri, Əmək Liqasının rəhbəri Sahib Məmmədov idarəetmədə yeni tətbiqləri vacib sayaraq olduqca vacib məsələyə toxunur: “…Xarici ölkələrdə təhsil alan və ya bəzi məşhur universtetlərin qısamüddətli kurslar keçib özünü Harvard, Oksford məzunu syan şəxslərin bir qismi vəzifəyə təyin olunarkən idarəetmə barədə elementar təsəvvürləri olmadığı üçün hansısa xarici ölkə menecment modelin tətbiq edir. Bunu etməzdən əvvəl də əvvəlki mütəxəssisləri uzaqlaşdırıb özü kimi düşünənləri və təhsil alanları ətrafına yığır. Nəticədə nə baş verir? Həmin sahə, müəssə və ya hər hansı təşkilatda pis-yaxşı mövcud olan ənənəvi idarəetmə də dağılır. Yeni model isə işləmir. Xarici menecment modelindən bəhrələnmək olar və bu bəzən vacidir. Amma onu yerli qanunvericilik, hüquqi mühit, hüquq ənənənsi, hətta mentalitet və bacarıq vərdişləri də nəzərə alınmaqla və adaptasiya olunmaqla tətbiq etmək olar…”.