Əsas məzmuna keç

TAXIL GƏMİSİ UKRAYNA LİMANINI TƏRK EDİB – OLA BİLSİN Kİ, SONUNCU…

Rusiya tərəfi  “taxıl müqaviləsi”nin uzadılmasına razılıq verməsə, taxıl sazişi iyulun 17-də başa çatır.

Müddəti başa çatmaqda olan “taxıl müqaviləsi” üzrə sonuncu gəmi iyulun 16-da səhər tezdən Odessa limanını tərk edib.

Reuters agentliyinin məlumatına görə, Rusiya iyunun 27-dən etibarən yeni gəmiləri qeydiyyata almaqdan imtina edib və Moskva onun uzadılmasına razılıq verməsə, “taxıl müqaviləsi” bazar ertəsi günü başa çatır.

 BMT-nin sözçüsü cümə günü bildirib ki, baş katib Antonio Quterres Rusiya prezidenti Vladimir Putindən razılaşmanın uzadılması təklifi ilə bağlı cavab gözləyir.

 

JASMİN

 

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…