Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Aprel 2026 / 12:58

TƏBİB mediada yayılan yeni təyinatlarla bağlı xəbərlərə cavab verəsi oldu

TƏBİB tibb müəssisələrindən azad edilən direktorlarla bağlı məsələyə aydınlıq gətirib.

TƏBİB-dən Tezadlar.az-a bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur.

Bildiririk ki, yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır.

“Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir”. – məlumatda qeyd olunur.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!