1 Aprel 2026 / 09:41

Tehranda Rusiyaya məxsus “Spartak” zirehli maşın peyda olub

Rusiya istehsalı olan “Spartak” çoxməqsədli zirehli maşın Tehranın küçələrində görünüb.

Tezadlar.az xəbər verir ki, ən son şəkillər “Hərbi İnformant” Telegram kanalı tərəfindən yerləşdirilib.

Nəşrdə “Getty Images” verilənlər bazasından İran paytaxtının küçələrindən birində çəkilmiş altı fotoşəkil yer alıb. Zirehli maşın keçmiş Ali Lider Əli Xameneinin posterinin qarşısında yerləşdirilib, yanında silahlı bir hərbçi görünür.

Telegram kanalına görə, zirehli maşınlar terrorizmlə mübarizə aparan xüsusi polis bölməsinə məxsusdur.

Telegram kanalı əvvəllər də Tehranda “Spartak”ın şəkillərini dərc etmişdi.

“Spartak2 zirehli maşını ilk dəfə Ordu-2019 forumunda təqdim edilib. Maşın altı kiloqram TNT partlayışına davam gətirə bilir. Onun yol məsafəsi 1000 kilometrə qədərdir. Yük tutumu (qoşqusuz) – 1500 kiloqrama qədər.

Son məlumata görə, İran hüquq-mühafizə orqanları üçün Rusiyadan Spartak maşınları alıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!