15 Aprel 2026 / 21:34

Təmir işləri səbəbindən qaz verilişi dayandırılır

Sabah bəzi ərazilərdə qazın verilişində fasilə yaranacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə sabah saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə “MİDA” yaşayış kompleksinin və “Sahil” yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!