22 Avqust 2024 / 08:31

“THE HİLL” MOSKVAYA HÜCUMLA BAĞLI MATERİALINDA TARİXİ SƏHVƏ YOL VERİB

Amerikanın “The Hill” nəşri 1978-ci il tarixli Qızıl Meydandakı hərbi paradın fotoşəkili ilə Moskvaya pilotsuz təyyarə ilə hücuma cəhd xəbərini müşayiət edərkən faktiki səhvə yol verib.

Qeyd nəşrin X hesabında “Rusiya bildirib ki, Ukrayna pilotsuz təyyarələrdən istifadə edərək Moskvaya böyük hücum həyata keçirib” başlığı ilə dərc edilib. Nəşri müşayiət edən fotoşəkildə Sovet zirehli texnikasının Qırmızı Meydandan keçməsi, Vladimir Leninin təsvir olunduğu nəhəng panno və “1917” rəqəmi göstərilir.

Fotoşəklin özünün tarixindən belə məlum olur ki, o, 1978-ci il noyabrın 7-də Oktyabr İnqilabının 61-ci ildönümünün qeyd edilməsi zamanı çəkilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!