Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp ölkədə kommunizmin yüksəlişinin qarşısını alacağına söz verib.
Tezadlar.az “RİA Novosti”yə iatinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu açıqlamanı Demokrat Sosialist Zöhran Məmdaninin Nyu-York meri seçkilərində qələbəsindən sonra keçirilən Amerika Biznes Forumundakı çıxışı zamanı verib.
“Mən prezident olduğum müddətcə ABŞ heç bir formada kommunist ölkəsinə çevrilməyəcək. Biz bunu dayandıracağıq. Biz bu cəfəngiyatı dayandıracağıq”, – deyə Amerika lideri bildirib.
Qeyd edək ki, Nyu-York şəhərində mer seçkiləri 4 noyabrda keçirilib. Müsəlman olan Zöhran Məmdani ilk dəfə seçkilərdə qalib gəlib; o, 1 yanvar 2026-cı ildə vəzifəsinin icrasına başlayacaq.
Siyasətçi “yaşayış xərcləri böhranı” ilə mübarizə aparmaq niyyətindədir və Donald Trampla ictimai qarşıdurması ilə tanınır. Ağ Ev rəhbəri Məmdanini deportasiya etməklə və hətta şəhəri ələ keçirməklə hədələyib. Seçilmiş merin əleyhdarları onun Nyu-Yorku “cihadçılar tərəfindən idarə olunan müsəlman cənnətinə” çevirmək istədiyinə inanırlar.
E.ŞİRİNOV