Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 May 2025 / 09:25

Tramp ABŞ prezidenti kimi fəaliyyətindən danışır

ABŞ prezidenti Donald Tramp vəzifədə olduğu ilk 100 gündə bir dənə də olsun səhv etmədiyi ilə öyünüb.

Tezadlar.az xəbər verir ki, siyasətçi bu barədə “NewsNation” telekanalında danışıb.

“Deyəcəm ki, bu, ola biləcək ən çətin sualdır, çünki həqiqətən heç bir səhv etdiyimə inanmıram. Biz keçid dövründəyik və düşünürəm ki, bu, sakitləşdiricidir”, – o vurğulayıb.

“Dövlətlər milyonlarla və milyardlarla dollar qazanmağı planlaşdırır, lakin bunun üçün vaxt lazımdır. Bu, bir gecədə baş verməyəcək, lakin insanların düşündüyündən daha sürətli baş verəcək”, – Ağ Ev rəhbəri yekunlaşdırıb.

Bir neçə gün əvvəl Demokrat konqresmen Şri Tanedar ABŞ prezidenti Donald Trampın impiçmenti barədə qətnamə təqdim edib. Siyasətçi impiçment maddələri arasında ədalətə maneçilik, beynəlxalq təcavüz, qeyri-qanuni qurumların yaradılması, korrupsiya və “hakimiyyətdən zalımcasına sui-istifadə” kimi halları qeyd edib.

Daha əvvəl Donald Tramp 100 günlük vəzifədə qaldıqdan sonra administrasiyasının işinə qiymət verib. Siyasətçinin sözlərinə görə, onun komandası tarixi nəticələr əldə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!