25 Aprel 2025 / 10:48

Tramp əndazəni aşdı: “Rusiya hələ böyük güzəşt edib ki, Ukraynanı tam işğal etməyib…”

ABŞ prezidenti Donald Tramp Ukraynalıları və Avropanı hiddətləndirən açıqlama verib.

Sitat: “Rusiya “sülh nizamlanması” ilə bağlı “kifayət qədər böyük güzəştə” gedib, xüsusən də “bütöv bir ölkənin ələ keçirilməsini dayandırıb”.

Tezadlar.az  “European Pravda”ya istinadən xəbər verir ki, Tramp aprelin 24-də Ağ Evdə Norveçin baş naziri Jonas Qahr Stoer ilə görüşdən sonra jurnalistlərə bildirib ki, o, həm Ukraynaya, həm də Rusiyaya Amerika tərəfinin “sülh təkliflərinə” razılıq vermələri üçün “çox təzyiq göstərir”. Jurnalist “Rusiyanın “sülhə yaxınlaşmaq” üçün hansı güzəştlərə gedir?” sualına Tramp deyib: “Müharibəyə son qoymaq, bütöv bir ölkənin ələ keçirilməsinə son qoymaq deməkdir! Bu, olduqca böyük bir güzəştdir!”.

Bir müddət əvvəl ABŞ prezidenti Rusiyanın Kiyevə raket zərbələri endirməsindən narazı olduğunu və ən azı 12 nəfərin ölümünə səbəb olduğunu deyərək, Kreml rəhbərini “Vladimir, dayan!” deyə çağırmışdı.

Dünyanın bir sıra mətbuatı isə yazırlar ki, Trampın “Rusiya hələ böyük güzəşt edib ki, Ukraynanı tam işğal etməyib…” kimi açıqlaması ABŞ-ın Rusiyadan necə qorxduğunu ortaya qoyur. Bu həm də Avropa ölkələrinə həqarətdir, onları da Rusiya qarşısında təslimçiliyə sövq etmədir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!