Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp bir qəzetə verdiyi müsahibədə ABŞ-ın İrana yerləşdirilə biləcəyini bildirib.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, bu, İslam Respublikası razılığa gəlməsə, mümkün olacaq.
Trampdan quru qoşunlarının yerləşdirilməsi ehtimalını istisna edib-etməyəcəyi soruşulub və o, mənfi cavab verib. İranla razılığa gəlmək ehtimalından danışan ABŞ Prezidenti bildirib ki, “ağıllı insanlar razılığa gələrlər”.
Bundan əlavə, Amerika lideri vurğulayıb ki, razılaşma əldə olunmazsa, ABŞ Respublika ərazisindəki istənilən infrastruktur obyektinə zərbə endirməyi nəzərdən keçirəcək.
Daha əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargahı quru əməliyyatı keçiriləcəyi təqdirdə ABŞ-a rüsvayçı məğlubiyyət vəd etmişdi.
E.ŞİRİNOV