Tramp “Avropanın düşməni” hesab edilir

Avropa Birliyinin (AB) doqquz ölkəsində vətəndaşların təxminən yarısı ABŞ Prezidenti Donald Trampı Avropanın düşməni hesab edir.

Tezadlar.az xəbər verir ki, bu, “Le Grand Continent” platforması üçün aparılan sorğuya əsasəndir.

Respondentlərin 48 faizi Ağ Evin vəzifədə olan prezidentini “Avropanın düşməni” hesab etdiklərini bildirib. Sentyabr ayında vətəndaşların 44 faizi eyni suala müsbət cavab verib.

Bu arada, Belçika (62 faiz) və Fransa (57 faiz) vətəndaşları Trampdan ən çox narazıdırlar. Xorvatlar Amerika liderinə daha mülayim yanaşırlar, respondentlərin 37 faizi onu düşmən hesab edir. Polşada isə bu rəqəm 19 faizdir.

“The Guardian” qəzetinin sitat gətirdiyi politologiya professoru Jan-İv Dormagen bildirib ki, Avropa hazırda “tarixi, geosiyasi və siyasi mühitinin transformasiyasını yaşayır”.

“Qitənin hər yerində Trampizm açıq şəkildə düşmən qüvvə kimi qəbul edilir” – ekspert bildirib.

Daha əvvəl Donald Tramp NATO iclasında “Avropanın Prezidenti” adlandırıldığını demişdi. O əlavə edib ki, ABŞ qlobal səhnədə həqiqətən hörmətlə qarşılanır.

E.ŞİRİNOV

Xəbəri paylaş