3 Aprel 2025 / 19:13

Tramp Azərbaycandan idxala da yeni gömrük rüsumu tətbiq etdi – ÖLKƏLƏR VƏ RÜSUMLAR

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bir sıra ölkələrə tətbiq etdiyi rüsumların həcmini açıqlayıb.

Tezadlar.az    RBC-yə istinadən xəbər verir ki, o, çıxışı zamanı tariflərin təsir göstərəcəyi cədvəli təqdim edib:

 

Avropa İttifaqı – 20%;

Hindistan – 26%;

Vyetnam – 46%;

Tayvan – 32%;

Yaponiya – 24%;

Cənubi Koreya – 25%;

Tayland – 36%;

İsveçrə – 31%;

İndoneziya – 32%;

Malayziya – 24%;

Kamboca – 49%;

Böyük Britaniya – 10%;

Cənubi Afrika – 30%;

Braziliya – 10%;

Banqladeş – 34%;

Sinqapur – 10%;

İsrail – 17%;

Filippin – 17%;

Türkiyə- 10%;

Çili – 10%;

Pakistan – 29%;

Şri Lanka – 44%;

Serbiya – 37%;

Madaqaskar – 47%;

Myanma – 44%;

Laos – 48%.

 

Ən yüksək rüsumlar – 50% – Lesoto və Fransanın xarici ərazisi olan Sen Pierre və Mikelon üçün tətbiq edilir.

Eyni zamanda, rüsumlar bir sıra MDB ölkələrinə də təsir edəcək.

Beləliklə, Moldova (31%),  Qazaxıstan  (27%),  Azərbaycan, Ukrayna, Gürcüstan,  Türkmənistan, Monqolustan, Qırğızıstan, Tacikistan və Ermənistan (hər biri 10%) üçün də rüsum tətbiq edilir.

Xatırladaq ki, ABŞ prezidenti tarifləri tətbiq etmək üçün fövqəladə vəziyyət elan edib. Bu tariflər mövcud rüsum və ödənişlərə əlavə olacaq.

Tramp tariflərin tətbiqini “iqtisadi müstəqillik bəyannaməsi” adlandırıb və aprelin 2-nin “Amerika sənayesinin dirçəliş günü” kimi tarixə düşəcəyini bildirib.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!