Əsas məzmuna keç

Tramp bu dəfə özünə İranın “bankiriyəm” dedi…

Tramp iran rat x

ABŞ Prezidenti Donald Tramp İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu bildirərək, Tehranın valyuta və hərbçilərin maliyyələşdirilməsi ilə bağlı ciddi problemlərlə üzləşdiyini iddia edib.

“Onların valyutası demək olar ki, heç bir dəyərə malik deyil. Onlar öz əsgərlərinə maaş vermirlər və hərbçilər xidmətdən uzaqlaşırlar. Onlar borc götürə bilmirlər. Biz onların pullarına nəzarət edirik. Mən onların bankiriyəm”, – deyə Tramp Ueyn Allin Rutla müsahibəsində bildirib.

ABŞ Prezidenti bununla Vaşinqtonun Tehrana qarşı maliyyə təzyiqini vurğulayıb. Onun bu açıqlaması ABŞ və İran arasında davam edən danışıqlar və regiondakı vəziyyət ətrafında gərginliyin qorunub saxlanıldığı bir vaxtda səslənib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…