Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Türkiyə lideri R.T.Ərdoğan haqqında yüksək fikirdı olduğunu ifadə edib. Tezadlar.az Haber- Türk- ə istinadla bildirir ki, “Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi etdi. Ərdoğan çox güclü və ağıllı adamdır.”,- deyən Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra ona belə də deyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Tramp Türkiyənin Suriyadakı rolunun çox mühüm olduğuna işarə vurub. Sitat: “Mənim Ərdoğanla çox yaxşı münasibətlərim var. Bilirəm ki, mətbuat mənim Ərdoğanı bəyəndiyimə görə mənə qəzəblidir. Amma mən onu bəyənirəm, o da məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb”.
Bu bir daha dünyaya sübutdur ki, Türkiyə bölgədə və dünyada söz sahibi, nüfuz daşıyıcısıdır…
A.Məmmədli