Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ administrasiyası İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə və təcridə başlayır. Tezadlar.az Reuters-ı istinadla xatırladır ki, ABŞ Prezidenti Donald Tramp bunu “Truth Social” sosial şəbəkəsində elan edib. Sitat: “Heç kim İran İslam Respublikasına mənim qədər razılığa gəlmək üçün daha çox fürsət verməyib. Təəssüf ki, onlar bundan yararlana bilmədilər. Buna görə də bu gün mən indiyə qədər heç bir ölkəyə qarşı aparılmayan ən dağıdıcı iqtisadi əməliyyatı elan edirəm! Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”.
Trampın açıqlaması Vaşinqtonun Tehrana qarşı artan iqtisadi təzyiqi fonunda baş verib. Daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent də İrana qarşı misli görünməmiş iqtisadi təcrid tədbirlərinə hazırlıq barədə bildirib. Rəsmi Tehran isə bəyan edib ki, ABŞ Hörmüz boğazından İranın razılığı olmadan yük keçirə bilməyəcək.