3 Noyabr 2025 / 15:17

Tramp jurnalistləri yenidən təəccübləndirir

ABŞ prezidenti Donald Tramp mediaya müsahibəsi zamanı jurnalistləri bir daha təəccübləndirdi.

Tezadlar.az bu barədə CBS News-ə istinadən xəbər verir.

Şəbəkənin məlumatına görə, Amerika liderinin hərəkətləri və açıqlamaları müxbirlər arasında həm müsbət, həm də mənfi emosiyalar fırtınasına səbəb olur – o, siyasi rəqibləri ilə dinc söhbətlər aparır, müttəfiqləri tənqid edir, əsas məsələlərdə qəfil fikrini dəyişir, Qrenlandiya və Kanadanı ələ keçirəcəyinə söz verir və sonra bu fikirlərdən imtina edir.

Məqalənin müəllifi qeyd edib ki, aparıcı Trampla söhbəti zamanı qlobal münaqişələr mövzusunu qaldırıb.

Cavab olaraq, prezident hazırkı administrasiyanın səkkiz ayda səkkiz münaqişəyə son qoyduğunu bildirən ABŞ Dövlət Departamentinin nəşrinin çap olunmuş versiyası olan bir vərəq çıxarıb.

Bu epizoddan sonra ABŞ lideri yaxın aylarda Ukraynadakı münaqişəyə son qoyacağına söz verib və hazırda Ukraynaya “Tomahawk” qanadlı raketləri satmağı düşünmədiyini, lakin yenidən düşünə biləcəyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!